Azad Rəhimov: «Bakıda 50 bukmeyker kontoru açılacaq»

Azad Rəhimov: «Bakıda 50 bukmeyker kontoru açılacaq»
XƏBƏR 12 Aprel 2010 / 14:06 1888
-  A +

Bu ilin mayında Bakı şəhərində 50 bukmeyker kontoru (mərcxana) açılacaq. Qol.Az-ın «Trend» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. "İlkin mərhələdə bu işə Bakıda başlanılacaq. Avqustda isə ölkə üzrə 300 belə mərcxananın yaradılması gözlənilir", - deyə A.Rəhimov vurğulayıb.
O, mərcxanaların kafe və çayxanalarda da olacağını mümkün sayıb.
Gənclər və İdman Nazirliyində Türkiyə şirkəti "İnteltex"lə birgə totalizator işini aparacaq "Azəridmanservis" şöbəsi yaradılıb.
A.Rəhimovun sözlərinə görə, dövlət totalizatordan 70, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə 30 faiz gəlir əldə edəcək.

Daha çox


Son xəbərlər