Qurban Qurbanov: «Millinin toplanışı bizə mane olacaq»

Qurban Qurbanov: «Millinin toplanışı bizə mane olacaq»
MÜSAHİBƏ 12 Aprel 2010 / 13:59 2689
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi


- Premyer Liqadakı son uğursuz çıxışlarından sonra «Qarabağ» «Neftçi» üzərində mühüm qələbə qazana bildi. Komandanızın artıq «qara  zolaq»dan çıxdığını tam söyləmək olarmı?
- İnşallah, qarşıdakı oyunlarda da qalib gəlmək istəyirik. «Altılıq» elə bir sistemdir ki, hər komanda rəqibini məğlub edə bilər. Konkret son oyuna gəlincə, bu görüş ərəfəsində futbolçularımızda psixoloji gərginlik çox idi. Amma qazandımığız qələbə bunu aradan qaldırdı. İndi qarşıda bizi «Bakı» ilə ağır oyun gözləyir. Bu komanda «Xəzər Lənkəran»la matçda yaxşı oyun nümayiş etdirdi. Amma biz çalışacağıq ki, «Bakı» ilə qarşılaşmada da maksimum nəticə əldə edək.
- Bu vacib oyun ərəfəsində millinin növbəti təlim-məşq toplanışı başlayıb. Komandanızın yeddi futbolçusu hazırda «Qarabağ»dan ayrı düşüb. Üstəlik Vüqar Nadirov zədəli, Rəşad Sadiqov isə xəstə olduğundan millinin düşərgəsindən də kənarda qalıb. Bu amillər «Bakı»yla matçda komandanızın oyununa mənfi təsir göstərə bilərmi?
- Əlbəttə, bu, bizə harada mane olacaq. Belə mühüm qarşılaşma öncəsi futbolçularımızın hamısı bir yerdə olsaydı, oyuna istədiyiz kimi hazırlaşa bilərdik. Amma indi komandamız iki yerə bölünüb. Yegənə narahatlığım odur ki, bir yerdə məşq edə bilmirik. Amma digər tərəfdən, yeddi futbolçumuz millidə bir yerdə məşq edir, bir-birilərini yaxşı tanıyır, onlardan nə tələb edəcəyimiz yaxşı bilir. Ümid edirəm ki, «Bakı» ilə oyunda problemimiz olmayacaq.
- Qol.Az-a son müsahibənizdə demişdiniz ki, çempionluq şansımız çətin görünür. Amma «Neftçi» üzərindəki qələbədən sonra lider «İnter»lə aranızdakı xal fərqi beşə endi. Bu mənada, indi çempionluqla bağlı fikirləriniz dəyişməyib?
- «Altılıq» sistemi çox ağırdır. İstənilən komandanın bir oyunda xal itirməsi turnir cədvəlində ciddi dəyişiklik edir. Qarşıda hələ beş oyunumuz var və biz ümidimizi itirmirik. Futbolçularımıza güvənirik. Təkrar edirəm, bütün oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq.
- Yeri gəlmişkən, «Qarabağ» Premyer Liqada yerdə qalan beş oyundan üçünü doğma meydançasında keçirəcək.
- Bəli, bu, istənilən halda bizə əlavə üstünlük verir və futbolçuda həvəs daha yüksək olur.
- Çoxları «Qarabağ»ın bu üç oyunda 9 xal qazanmaq şansını yüksək qiymətləndirir.
- Bu haqda əvvəlcədən nəsə demək olmaz. Əvvəl evdə xal qazanmaq bəzən çətin olurdu. «Altılıq»da isə fərq ondadır ki, komanda öz meydanında rahat və inamlı oynayır. Bu, bizim əlavə üstünlüyümüzdür. Biz yaranmış bu imkanı boşa verməmək üçün əlimizdən gələni edəcəyik.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki