Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
UEFA Pedro Enrikeni cəzalandırdı
Səbətlər müəyyənləşdi - DÇ-2018
Linklər
525ci Qəzet

“Milliyə dəvət alacağıma inanıram” – Rauf Əliyev
A A A

[04.11.2017]
“Milliyə dəvət alacağıma inanıram” – <b style="color:red">Rauf Əliyev</b>

Albaniyanın “Kukesi” klubunun üzvü Rauf Əliyev Qol.az saytına müsahibə verib. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına münasibət bildirən təcrübəli hücumçu Albaniyadakı həyat tərzindən də danışıb.

- Əvvəlcə Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasına münasibətini bilmək istərdim...

- Öncə Qurban müəllimi təyinatı münasibətilə təbrik edirəm. Neçə gündü mətbuatdan xəbərləri izləyirdim. Artıq gerçəkləşib. Uğurlar arzu edirəm. İnşallah, milli üçün bundan sonra daha yaxşı olar. Qurban Qurbanovu artıq hamı tanıyır. Necə yaxşı mütəxəssis olduğunu hər kəs bilir. Qazandığı nəticələrlə də bunu sübut edib. İnanıram ki, “Qarabağ”da göstərdiyi nəticələri millidə də təkrarlayacaq.

- Uzun müddət Qurban Qurbanovun başçılığı altında oynamısan. Səncə, milliyə yenilik gətirə biləcəkmi?

 - Bəli, gətirə bilər.

- Son vaxtlar yaxşı formada olsan da, Robert Prosineçki sənə dəvət göndərmirdi. Yerli mütəxəssisin gəlişi bu sarıdan futbolçular üçün də yaxşıdırmı?

- Neçə müddətdən sonra millidə yerli məşqçi çalışacaq. Bu, hər mənada üstünlükdü. Azərbaycanlı futbolçuları yaxından tanıyan bir məşqçinin bu vəzifəyə təyin olunması daha yaxşı oldu.
 
- Yəni, deyirsən ki, yerli məşqçi yerli futbolçuları daha yaxşı tanıyır...

- Yerli məşqçinin üstünlüyü odur ki, öz uşaqlarımızı daha yaxından görəcək. Çempionatı hər zaman izləyəcək. Ona görə də kim oynayacaqsa, kim formada olacaqsa, o da millidə olacaq.

- İlk toplanışda Qurbanovdan dəvət gözləyirsənmi?

- Əlbəttə, oynayacağım, yaxşı formada olacağım təqdirdə, inanıram ki, millinin toplanışlarına çağrılacam. İndidən nəsə demək çətindi. Çünki yaxın vaxtlarda millinin toplanışı, oyunu yoxdur. Bir də gələn il olacaq. Xeyirlisi nədirsə, o da olsun.

- Albaniyada işlərin necə gedir?

- Hər şey normaldı. Son turda vacib xal itirdik. Bu, bir qədər işimizi çətinləşdirdi. Liderdən artıq 5 xal geri qalırıq. Amma çempionatda hələ çox oyun var. Vəziyyəti düzəltmək olar. Ayın 5-də oyunumuz var. Həmin görüşə hazırlaşırıq. Əsas rəqiblərimizdən birinə qarşı oynayacağıq.

- Oradakı mühitə uyğunlaşa bilirsən? Ümumiyyətlə, Albaniya necə ölkədi?Azərbaycanla arasındakı fərq çoxdu?

 -Əlbəttə, çətinliklər var. Yavaş-yavaş öyrəşirəm. Əsas problem ünsiyyətlə bağlıdır. Uyğunlaşmağa çalışıram. Ölkəyə gəldikdə isə yeni-yeni inkişaf edir.Son 4-5 ildə ölkədə yeni binalar tikilib, bəzi müasir dəyişikliklər baş verib. Təbii ki, Albaniya Azərbaycandan fərqlənir. Bizdə daha yaxşı şərait var. Bizim xalqımız daha qonaqpərvər, daha mehribandır.

- Son olaraq, sabiq komandan “İnter”də baş verənlərə, klubun adının dəyişdirilməsinə münasibətini bilmək maraqlı olardı. Bu yaxınlarda Zaur Svanadze istefaya göndərildi. Səncə, “Keşlə”nin problemi baş məşqçi ilə bağlı idi?

- Svanadzelik bir şey yox idi. O, komandanı çox pis vəziyyətdə götürmüşdü. Daim problemlər üzləşirdi. Svanadze belə vəziyyətdə işlədi. Halal olsun. Komanda 3-cü yeri tutub, Avroliqada çıxış etdi. 2 il birlikdə çalışdıq. Gözəl insan, gözəl məşqçi idi. Gələcək işlərində uğurlar arzu edirəm. Futbolda tez-tez dəyişikliklər olur. “Keşlə” rəhbərliyi belə qərar verdi. Ramiz müəllim baş məşqçi təyin olunub. Ona da uğurlar arzu edirəm. Ümid edirəm ki, komandanı əvvəlki səviyyəsinə qaldırar. “Keşlə” də “İnter” kimi medallar uğrunda mübarizə aparar.

4283 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
11.11.2017  10:30 “Qarabağ”dan başqa, bütün komandalar əsas rəqiblərimizdir” – Rail Məlikov
07.11.2017  15:15 “Çelsi” ilə oyun revanş matçı deyil” – Ansi Aqolli
03.11.2017  17:38 “Xaqani Məmmədov hakimləri qorumur, uçuruma aparır” – Anar Salmanov
30.10.2017  16:30 "Onun da işi özünü yalandan yerə atmaqdır” – Cavid Hüseynov
27.10.2017  12:05 “Ən birinci namizəd Qurban Qurbanovdur” – Vaqif Sadıqov
26.10.2017  20:48 “Biz düşündük ki, millidə artıq yeni nəfəsə ehtiyac var” - Elxan Məmmədov
26.10.2017  15:08 “İnter”də qalıb-qalmayacağıma o qərar verəcək” – Zaur Svanadze
26.10.2017  13:11 “Qarabağ”la oyunda sensasiya etmək istəyirik” – Vüqar Nadirov
25.10.2017  15:11 "Kəpəz"də 3 ildi vəziyyət belədi... "
23.10.2017  16:41 “Komandamızda rəqabət yoxdur” - Adrian Skarlatake
22.10.2017  11:35 “Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
16.10.2017  13:31 “Simeone ad gününü səhərə qədər mənim evimdə keçirdi” – Hafiz Məmmədov
13.10.2017  22:40 “İstərdim ki, Prosineçki qalsın” – Rahid
13.10.2017  13:05 “Oğlum Coşqunu transfer etmək gücündə deyilik” – Şahin Diniyev
13.10.2017  11:53 “Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” – Mirhüseyn Seyidov
12.10.2017  14:47 "AFFA millini mənə təklif etməz" - Mircavadov
09.10.2017  18:23 "Çox tab gətirə bilmədik" - Təmkin Xəlilzadə
09.10.2017  02:19 “Bacardığımız qədər vuruşduq” - Əfran İsmayılov
27.09.2017  23:22 “Roma” nəticəyə görə çox narahat idi" - Rəşad Sadıqov
23.09.2017  14:52 "Çelsi" ilə oyun bizə dərs oldu" - Maksim Medvedev
 
 
  18.11.17
01:22
  Paşayevin komandası “Şaxtyor”a qalib gəldi
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore