Mahir Şükürov Rusiyada ən yüksək qiymətini aldı

Mahir Şükürov Rusiyada ən yüksək qiymətini aldı
XƏBƏR 12 Aprel 2010 / 12:56 2025
-  A +

Yığmamızın futbolçusu Mahir Şükürov Rusiyada ən yüksək qiymətini alıb. Qol.Az-ın xəbərinə görə, məşhur “Sport-Ekspress” qəzeti 28 yaşlı müdafiəçimizin Premyer Liqanın 5-ci turunda “Sibir”lə səfər oyunundakı (4:2) çıxışını 6 balla qiymətləndirib. Bu, Mahirin debüt mövsümünü keçirdiyi Rusiya çempionatında aldığı ən yüksək qiymətdi. Həmyerlimiz bu göstəricidə yalnız həmin görüşdə dubl edən Sorayev və Qolendadan (hər ikisi 6,5 bal) geri qalıb. Komandasında 3-cü ən yüksək qiymət alan Şükürov etdiyi iki məhsuldar ötürmə ilə Qolendaya 14 dəqiqəyə dubl etməyə, nəticədə cari mövsümdə ikinci qələbəni qazanmağa imkan yaradıb. Qeyd edək ki, Mahir 2-ci turda qırmızı vərəqə alaraq cəzalandıqdan sonra əsas heyətdə yerini itirmişdi. Qayıdışını uğurla qeyd edən futbolçumuz yeni baş məşqçisi Hacı Hacıyevin də ümidlərini doğrultdu. Məsələ ondadı ki, Hacıyev Şükürovun millimizdə daha çox yarımmüdafiənin sağ cinahında oynadığını bilərək, “Sibir”lə görüşdə ona bu mövqedə yer vermişdi. “Anji”nin heyətində 3-cü oyununu keçirən Şükürov Nalçik “Spartak”ı ilə evdə (0:0) 5,5, qovulduğu “Amkar”la səfər görüşündə (0:1) isə müdafiənin sağ cinahında yer almışdı və 4 bala layiq görülmüşdü.

Son xəbərlər