Kənan Kərimov: «Necə, mən yüzüncü qolumu vurmuşam?»

Kənan Kərimov: «Necə, mən yüzüncü qolumu vurmuşam?»
ÖLKƏ FUTBOLU 12 Aprel 2010 / 12:27 2744
-  A +

«Qəbələ» klubunun hücumçusu Kənan Kərimov milli çempionatlarda 100-cü qolunu vurub. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasının ötən həftənin şənbə günü «İnter»ə qarşı oyunda Kənan yubiley qoluna imza atıb. 
Qol.Az-ın müxbiri ilə söhbətində bu hadisədən xəbəri olmadığını deyən Kənan ilk qolunu 1992-ci ildə Yevlaxın «Avtomobilçi» klubunun tərkibində çıxış edərkən «Neftçi»nin qapısına vurduğunu söyləyib: «Bütün qollar mənimçün önəmlidir. Yəni xüsusi bir qol vurmamışam ki, onu hər zaman xatırlayım».
K.Kərimov komandasının Premyer Liqadakı çıxışına da toxunub: «İnter»lə oyuna üç xal üçün çıxmışdıq. Bir xal qazandığımız üçün çox üzüldük. Hər halda liderdən bir xal qoparmaq da qənimətdir». Onun sözlərinə görə, bu oyunda qələbəyə layiq oyun sərgiləyiblər: «Hesab edirəm ki, son oyunda qələbə qazana bilərdik. Amma bir çox halda bəxt amili «İnter»in yanında oldu. Əslində bir xal qazanmaq bizim uçün böyük bir itki oldu. Bununla avrokuboklara getmək şansımızı bir qədər azaltdıq. Amma fikrimcə, hələ heç nə bitməyib. Qarşıda beş oyunumuz var. Həmin oyunlarda maksimum nəticə göstərərək avrokuboklarda iştirak etmək şansı qazanmaq istəyirik. Bizdən öndə olan komandalarla aramızda elə də böyük xal fərqi yoxdur. Çalışacağıq ki, sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, istəyimizə nail olub Azərbaycanı avrokuboklarda uğurla təmsil edəcəyik. Habelə bundan sonrakı matçlarımızı «Qəbələ»nin imici üçün oynayacağıq».
«Xəzər Lənkəran»la qarşıdakı oyuna yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edən K.Kərimov bu matçda 3 xal qazanacaqlarına əmin olduğunu bildirib. Kapitan daha sonra hakimlərin səhvlərindən də danışıb: «Matçların çoxunu cavan hakimlər idarə edir. Təbii ki, bu da bir çox hakim nöqsanlarının olmasına imkan yaradır. Onlar çalışıb böyük səhvlərə yol verməməlidrlər. Bunlar bizim matçlarımızda da baş verir. Amma həmin səhvlərdə qərəz görmürəm».


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord