Çingiz İsmayılov - 75!

Çingiz İsmayılov - 75!
XƏBƏR 12 Aprel 2010 / 00:45 1970
-  A +

Bu gün, aprelin 12-də Azərbaycan futbolunun önəmli simalarından biri, Bakının «Neftçi» klubunun futbolçusu olmuş Çingiz İsmayılovun 75 yaşı tamam olur. Çingiz İsmayılov 1960-cı illərdə «Neftçi»nin SSRİ çempionatındakı uğurlarında pay sahibi olub. Futbolçu karyerasını bitirdikdən sonra teleşərhçi kimi çalışıb. Daha sonra «Neftçi» klubunun rəisi işləyib.
Çingiz İsmayılov Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkə futbol federasiyasının yaradılmasında yaxından iştirak edib, uzun illər bu qurumun baş katibi kimi futbolumuzun təbliğatı və inkişafı istiqamətində yaxından fəalliyyət göstərib.
Qol.Az saytının kollektivi 75 illik yubileyi münasibətilə Çingiz İsmayılovu təbrik edir, ona möhkəm cansağlığı arzulayır. 

Daha çox


Son xəbərlər