“Gəncə” liderliyi MOİK-ə verdi

XƏBƏR 11 Aprel 2010 / 20:06 1717
-  A +

Bu gün futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan çempionatında 17-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın xəbərinə görə, tur lider dəyişikliyi ilə yadda qalıb. Belə ki, aşağı dəstənin lideri “Gəncə” səfərdə “Bakılı”ya minimal hesabla məğlub olub. Bundan maksimum yararlanan MOİK doğma divarlar arasında “Şahdağ”ı yenməklə, zirvəyə yüksəlib. “Ədliyyə” – “Göyəzən” matçında da meydan sahibləri 3 xalı bayram edib. Bu nəticələrdən sonra MOİK 35 xalla 1-ci, “Gəncə” 34 xalla 2-ci, “Bakılı” 33 xalla 3-cüdü.

MOİK – "Şahdağ" 2:0
Qollar: Samir Babayev, 13; Nicat Tağıyev, 16.

"Bakılı" - "Gəncə" 1:0
Qol: Əli Hüseynov, 60-pen.

"Ədliyyə" - "Göyəzən" 2:1
Qollar: Vüsal Quluyev, 60; Samir Həsənov, 78 - Qoşqar Sarıyev, 24.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı