Yunis Hüseynov: “Komandamda qələbə ruhu çatışmır”

XƏBƏR 11 Aprel 2010 / 19:09 1564
-  A +

“Bura qələbə üçün gəlmişdik, təəssüf ki, komandada olan ruh düşkünlüyü qələbə qazanmağımıza mane oldu". Qol.Az-ın xəbərinə görə, bunu “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Unibank Premyer Liqasının 27-ci turunda “Turan”a məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında qonaqların baş məşqçisi bildirib ki, hazıırda komandasında qələbə ruhu çatışmır: “Bilirdik ki, çətin oyun olacaq. Çünki “Turan” da öz sözünü deməyi bacaran komandalardandı. Ancaq istəyimizə çata bilmədik. Rəqib komandanı təbrik edirəm ”.
Qeyd edək ki, “Turan” – “Karvan” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.


Son xəbərlər