“Bakı”nın məşqçisi: “Bilirdik ki, qazanılan xallar mövsümün sonunda bizə lazım olacaq”

“Bakı”nın məşqçisi: “Bilirdik ki, qazanılan xallar mövsümün sonunda bizə lazım olacaq”
PREMYER LİQA 11 Aprel 2010 / 18:51 3033
-  A +

“Oyun çox gərgin keçdi. Hər iki komanda meydanın hər qarışı uğrunda mübarizə aparırdı”. Qol.az-ın xəbərinə görə, bunu “Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev deyib.
Unibank Premyer Liqasının 27-ci turunda “Xəzər Lənkəran” üzərində qazanılan (1:0) hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Cüneyt Biçəri əvəzləyən Yaqubəliyev bildirib ki, 3 xal mövsümün sonunda çox lazım olacaq: “Bilirdik ki qazanılan xallar mövsümün sonunda bizə lazım olacaq, böyük əhəmiyyət kəsb edəcək. Son vaxtlar yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Bu da futbolçularda müəyyən psixoloji gərginlik yarada bilərdi. Bunu nəzərə alıb bu istiqamətdə iş apardıq. Əvvəllər çox vəziyyət yarada bilsək də, qol vura bilmirdik. Amma bu dəfə belə olmadı”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"