Tofiq Mustafayev: “Bakı” oynamağımıza imkan vermədi”

Tofiq Mustafayev: “Bakı” oynamağımıza imkan vermədi”
XƏBƏR 11 Aprel 2010 / 18:45 3149
-  A +

“Qarşılaşmanın gərgin keçəcəyini bilirdik. “Bakı” elə bir komandadı ki, həm özü yaxşı oynayır, həm də rəqibə oynamağa imkan vermir”. Qol.az-ın xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın məşqçisi Tofiq Mustafayev deyib.
Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı”nın qonağı oldu. Son dəqiqədə buraxılan qolla məğlub olan lənkəranlıların çalışdırıcı bildirib ki, komandasından narazı qalıb: “Bakı” bu gün meydanın mərkəzində pressinq edərək, oynamağımıza imkan vermədi. Komandamızın lider futbolçuları isə öz imkanlarından aşağı səviyyədə oynadılar. Onlardan narazı qaldım”.
Qeyd edək ki, “Bakı” – “Xəzər-Lənkəran” görüşündə meydan sahibləri qələbə qazanıb – 1:0.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi