“Bakı” beş illik mifi dağıtdı

XƏBƏR 11 Aprel 2010 / 18:37 1899
-  A +

Premyer-Liqanın 27-ci turunda “Xəzər Lənkəran”ı qəbul edən “Bakı”nın rəqibinə qarşı sindromu vardı. Qol.Az-ın məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi 5 il idi “Xəzər Lənkəran”la çempionat oyunlarında qələbə nə olduğunu bilmirdi. Lakin bu gün keçirilən son oyunda “zolaqlılar” nəhayət ki, bu mifi dağıda bildilər. 
Qeyd edək ki, bu rəqiblərin duellərində “Bakı” sonuncu dəfə 2005-ci ildə 3 xala sevinmişdi. O vaxtdan bəri keçən 1692 gün ərzində “Xəzər Lənkəran” məğlubiyyət acısı dadmırdı. Bu müddətdə keçirilən 9 oyunda isə “ağ-yaşıllar” 3 qələbəyə sevindiyi halda, 6 oyun da heç-heçə nəticələnmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın