"Kəpəz" qalib gəldi, "Qəbələ" uduzdu

"Kəpəz" qalib gəldi, "Qəbələ" uduzdu
PREMYER LİQA 28 Oktyabr 2017 / 18:56 13904
-  A +

Topaz Premyer Liqada 10-cu turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, bu gün daha iki görüş keçirilib.

Günün ilk qarşılaşmasında son zamanlar enişdə olan "Keşlə" autsayder “Kəpəz”i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Günün paytaxtda keçirilən digər oyununda isə “Zirə” “Qəbələ”ni qəbul edib. “Qəbələ”nin 19, “Zirə”nin isə 18 xalla müvafiq olaraq 2-ci, 3-cü pillələrdə 
qərarlaşması oyunun gərginliyini artırırdı. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək.”Nefçi”  - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.


28 oktyabr (şənbə)

Topaz Premyer Liqa, X tur

17:00. “Zirə” - “Qəbələ” - 2:1
Qol:
Milan Duriç, 18-pen. (1:0), Sadio Tounkara, 38 (2:0), Famussa Kone, 71 (2:1)
Qırmızı vərəqə: Cavid Heseynov, 43 ("Qəbələ")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu


15:00. "Keşlə" - “Kəpəz” - 0:2
Qollar:
Viktor Osoqeyl, 15, İlyas Səfərzadə, 64
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
“İnter Arena”

29 oktyabr (bazar)

18:00. “Neftçi” - “Sumqayıt”
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
“Bakcell Arena”

27 oktyabr (cümə)

“Qarabağ” - “Səbail” - 1:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Zirə 10 6 3 1 18-8 21
3 Qəbələ 10 6 1 3 13-10 19
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 9 3 0 6 5:13 9
7 Keşlə 10 2 2 6 7:14 8
8 Kəpəz 10 2 1 7 7-15 7

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı