“Qarabağ” 10 nəfərlə qalib gəldi

“Qarabağ” 10 nəfərlə qalib gəldi
PREMYER LİQA 27 Oktyabr 2017 / 20:54 13359
-  A +

Bu gün Topaz Premyer Liqasında 10-cu tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə yalnız 1 qarşılaşma keçirilib. “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul edib. İlk dövrədəki oyun təxirə salındığından bu, tərəflərin ölkə çempionatında ilk görüşü kimi tarixə düşüb. Matçın 43-cü dəqiqəsində Ansi Aqollinin ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoymasına baxmayaraq, "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Komandanın qalibiyyət qolunu 90-cı dəqiqədə Əfran İsmayılov vurub. 

Qeyd edək ki, turun digər matçları şənbə və bazar günü keçiriləcək.


Topaz Premyer Liqa

X tur

27 oktyabr (cümə)

19:00. “Qarabağ” - “Səbail” - 1:0
Qol:
Əfran İsmayılov, 90
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
 Qırmızı vərəqə: Ansi Aqolli, 43 ("Qarabağ", iki sarı vərəqə)
“Azersun Arena”

28 oktyabr (şənbə)

15:00. “İnter” - “Kəpəz”
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
“İnter Arena”

17:00. “Zirə” - “Qəbələ”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

29 oktyabr (bazar)

18:00. “Neftçi” - “Sumqayıt”
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
“Bakcell Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Qəbələ 9 6 1 2 12-8 19
3 Zirə 9 5 3 1 16-7 18
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 9 3 0 6 5:13 9
7 İnter 9 2 2 5 7:12 8
8 Kəpəz 9 1 1 7 5-15 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı