Vaqif Cavadovun komandası çempionluğa bir az da yaxınlaşdı

XƏBƏR 10 Aprel 2010 / 23:51 1894
-  A +

Millimizin hücumçusu Vaqif Cavadovun komandası - Hollandiya «Tvente»si çempionluq yolunda daha bir addım atıb. Qol.Az-ın məlumatına görə, bu gün öz meydanında «Herenven»i qəbul edən enshedelilər Tiote (70-ci dəqiqə) və Jonqun (90) vurduğu qollarla 2:0 hesabı ilə qələbə qazanıblar.
Zədəsi səbəbindən Vaqif Cavadov bu oyunda da meydana çıxa bilməyib.
Bu qələbədən sonra lider «Tvente» aktivindəki xalını 80-ə yüksəldib. «Tvente»ni izləyən ikinci pillədəki «Ayaks» isə bu turda növbəti oyununu sabah öz meydanında «Venlo»ya qarşı keçirəcək. Hazırda «Ayaks»ın 73 xalı var.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı