Sissoko: “Mənə şans verin!”

Sissoko: “Mənə şans verin!”
XƏBƏR 10 Aprel 2010 / 23:30 1832
-  A +

2004-cü ildən “Bakı”nın şərəfini qoruyan Xalidu Sissoko sabah Unibank Premyer Liqasının XXVII turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyunda komandasının uğur qazanacağına inanır. Qol.Az-ın məlumatına görə, seneqallı qolkiper klubun rəsmi saytına verdiyi açıqlamada komandada ab-havanın əla olduğunu bildirib: “Məşqlərimiz yaxşı keçir. Hər bir oyunçu hazırlıq prosesinə ciddi yanaşır. Hazırda komandamızda vəziyyət əladır. Bütün futbolçular sabahkı oyuna tam hazırdırlar. Mən özüm də komandama kömək etmək gücündəyəm. Meydana çıxmaq şansı qazansam, komandamın qələbəsi üçün əlimdən gələni edəcəyəm. Oyuna çox ciddi yanaşırıq. Məqsədimiz isə meydandan yalnız 3 xalla ayrılmaqdır. “Bakı” öz oyununu göstərə bilsə, gücünü tam meydanda qoysa, qələbə bizim olacaq”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı