“Səbail”in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın X turunda sabah “Qarabağ”la keçirəcəkləri oyun ərəfəsində Qol.az saytına müsahibə verib.
- Bu tur “Qarabağ”la çətin oyuna çıxacaqsınız. Hazırlıqlar necə gedir?
- Hamı məşqlərdə fəal iştirak edir. Meydana yaxşı nəticə üçün çıxacağıq. İtiriləsi heç nəyimiz yoxdur. Bilirik ki, “Qarabağ” güclü rəqibdir. Çempionlar Liqasında oynayır. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Yəqin ki, “İnter” üzərində qələbədən sonra komandada ab-hava yaxşıdır. Bu atmosfer sabahkı oyunda komandaya nə dərəcədə kömək edə bilər?
- Komanda əhval-ruhiyyə çox yaxşıdır. Hər bir oyuna nəticə qazanmaq üçün çıxırıq. Meydana çıxıb gəzmirik. Əziyyət çəkirik ki, bəhrəsini görək. Yəqin ki, sabah da belə olar. Bilirsiniz ki, “Səbail” yeni komandadı. Bu komandaya demək olmaz ki, çempion olmalısan. Hələ tam püxtələşməmişik.
- “Qarabağ”la 1-ci turdakı oyununuz təxirə salınmışdı. Bu, “Səbail”in heyətində Ağdam klubu ilə ilk oyunun olacaq. Keçmiş komandana qarşı mübarizə aparacaqsan. Təəssüratlarını bilmək maraqlı olardı...
- Adi oyun kimi baxıram. Digər rəqiblərə qarşı necə oynamışamsa, “Qarabağ”la da elə oynayacam.
- Ümumiyyətlə, liderə qarşı necə oynamağı düşünürsünüz?
- “Qarabağ”ın gücünü bilirik. Baş məşqçi oyunla bağlı tapşırıqlarını hələ verməyib. Oyunöncəsi son məşqimiz olacaq. Sabah necə oynayacağımızı özünüz də görəcəksiniz.
- Premyer Liqada debüt ili olsa da, “Səbail” artıq iddialı komandalara bir neçə dəfə “sürpriz” edib. “Qarabağ”la sabahkı oyundan da sensasiya gözləmək olar?
- Futbolda istənilən nəticə olur. Biz də istərdik ki, sensasiya edib qələbə qazanaq. Hər şey sabah meydanda bilinəcək. Səbrli olmaq lazımdı. Görək, necə olur.
- “Qarabağ”ı yaxından tanıyan futbolçusan. Səncə, bu komandadan xal almaq üçün “Səbail” nə etməlidir?
- Meydanda bir dəqiqə belə dayanmaq lazım deyil. Xal qazanmaq istəyiriksə, daima hərəkətdə olmalıyıq.
Elnur SALAHOV
"Beşiktaş"dan qələbə
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik