Sxadadze: "Onlar hamının yanıldığını sübut etdilər"

Sxadadze: "Onlar hamının yanıldığını sübut etdilər"
XƏBƏR 10 Aprel 2010 / 19:48 2044
-  A +

"Qəbələ" ilk altılığa düşəndə bəziləri elə düşünürdü ki, bu komandanı asanlıqla məğlub edə biləcəklər. Lakin "Qəbələ" öz oyunları ilə hamının yanıldığını sübut etdii». Qol.Az-ın məlumatına görə, bu sözləri «İnter»in baş məşqçisi Kaxaber Sxadadze söyləyib. Gürcüstanlı mütəxəssis "Qəbələ"nin fiziki futbol nümayiş etdirdiyini, xüsusilə "ikinci mərtəbə"də çox gözəl oyun sərgilədiyini bildirib: «Bu gün də bunun şahidi olduq. Qəbələyə üç xal dalınca gəlmişdik. Təəssüf ki, buna nail ola bilmədik və çempionluq yarışında vacib iki xal itirdik. Oyun çox maraqlı və gərgin keçdi. Hakimlik haqqında fikir bildirmək istəmirəm".
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən «Qəbələ» - «İnter» oyunu 1:1 hesabı ilə başa çatıb. 

Son xəbərlər