Arif Əsədov «Qarabağ» kimi komanda yaratmaq istəyir

Arif Əsədov «Qarabağ» kimi komanda yaratmaq istəyir
XƏBƏR 10 Aprel 2010 / 18:33 1996
-  A +

«Qarabağ»ı təbrik etdirəm. Bu gün rəqibimiz layiqli qələbə qazandı». Qol.Az-ın məlumatına görə, bu sözləri səfərdə «Qarabağ»la oyundan sonra «Neftçi»nin baş məşqçisi Arif Əsədov deyib. O, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun yerli və gənc futbolçulardan ibarət yaxşı komanda yaratdığını bildirib: «Mən də belə heyət qurmaq, Araz Abdullayev, Eşqin Quliyev kimi gənclərə şans vermək istəyirəm. Uduzanda da bilərəm ki, gənclər uduzub. Amma bu məğlubiyyətlərdən onlar nəticə çıxaracaq, oyundan-oyuna təcrübələrini artıracaq».
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən «Qarabağ» - «Neftçi» oyununda qonaq komanda 0:2 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord