UEFA Azərbaycana pul ayırdı

UEFA Azərbaycana pul ayırdı
GÜNDƏM 24 Oktyabr 2017 / 10:30 4972
-  A +

UEFA Azərbaycana 426 min 320 avro əlavə vəsait ayırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan çempionatındakı klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədilə bu addım atılıb.

UEFA ümumilikdə 54 milli assosiasiyaya ayırdığı vəsaiti iki yerə bölüb. 2016-2017 mövsümündə UEFA Gənclər Liqasının qrup mərhələsində təmsil olunmuş 17 ölkəyə daha yüksək məbləğdə ödəniş edilib.

Qeyd edək ki, ötən mövsüm UEFA Gənclər Liqasında Azərbaycanı "Qəbələ" təmsil edib. "Qırmızı-qaralar" ilkin təsnifat mərhələsindəcə Rusiyanın "Dinamo"suna uduzaraq mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər