Polşa prezidentinin ölümü millimizin oyunlarını təxirə saldı

Polşa prezidentinin ölümü millimizin oyunlarını təxirə saldı
ÖLKƏ FUTBOLU 10 Aprel 2010 / 18:15 2757
-  A +

Aprelin 13-də və 15-də 17 yaşadək futbolçulardan ibarət Polşa və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilməli idi. Lakin Polşa prezidenti Lex Kaçinski və onu müşayiət edən şəxslərin təyyarə qəzası nəticəsində həlak olması səbəbindən qeyd edilən yoldaşlıq oyunları təxirə salınıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu barədə Polşa Futbol Federasiyasından AFFA-ya məlumat verilib.
Polşada keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunları təxirə salındığı üçün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Münxen şəhərində təşkil olunan təlim-məşq toplanışını aprelin 16-a qədər davam etdirəcək.

 

Daha çox


Son xəbərlər