Ronaldo 2017-ci ilin ən yaxşı futbolçusu seçildi

Ronaldo 2017-ci ilin ən yaxşı futbolçusu seçildi
GÜNDƏM 23 Oktyabr 2017 / 23:57 5564
-  A +

FİFA 2017-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibini  açıqlayıb.

Qol.az-ın məlumatına görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Neymarı (Braziliya, "Barselona"/PSJ) qabaqlayıb. Bununla da Ronaldo ardıcıl ikinci dəfə "The Best"ə sahib çıxıb.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Real"la  Çempionlar Liqası, La Liqa və UEFA superkubokunu qazanıb.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord