"Neymar və Kavaninin dayəsi deyiləm" - Dani Alves

"Neymar və Kavaninin dayəsi deyiləm" - Dani Alves
DÜNYA FUTBOLU 23 Oktyabr 2017 / 18:30 4758
-  A +

PSJ-nin futbolçusu Dani Alves komanda yoldaşları Neymar və Kavani arasında bir müddət əvvəl penalti vurmaqla bağlı yaranan mübahisəyə münasibət bildirib.

Qol.az-ın "Canal+"a istinadən yaydığı xəbərə görə, o, Fransa çempionatının 6-cı turunda "Lion"a qarşı matçda baş verən məlum hadisə ilə bağlı bunları deyib: "Kənardan elə görünürdü ki, sanki biz məktəblilərik. Bir topu paylaşa bilmirik. Neymara topu vermirdim. Topu götürüb özüm cərimə zərbəsini vurmaq istəyirdim. Həmin vaxt Kavani məni çağırdı, mən çevrildim. O an Neymar məndən topu aldı. Onların dayəsi deyiləm. Sadəcə topu götürüb cərimə zərbəsini vurmaq istəyirdim".

Qeyd edək ki, Kavani "Lion"la görüşdə Neymarın yerinə yetirməsinə mane olub. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın