UEFA Çempionlar Liqasının 3 iştirakçısını cəzalandırdı

UEFA Çempionlar Liqasının 3 iştirakçısını cəzalandırdı
XƏBƏR 23 Oktyabr 2017 / 17:55 3055
-  A +

UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb.

Qol.az-ın xəbərinə görə, UEFA-nın Nizam İntizam Komitəsi ÇL-in I turunda keçirilən “Seltik” – PSJ oyunu (0:5) barədə qərar verib.

Azarkeşləri meydana kənar əşyalar atdığı üçün Şotlandiya təmsilçisi 10 min avro cərimələnib.
Qonaq komandanın azarkeşləri isə kresloları sındırmaqla Paris klubunu 5 min avro ziyana salıb.

UEFA “Bazel”i də cərimələyib. “Mançester Yunayted”lə ilk turun oyununda azarkşeləri pirotexniki vasitələrdən istifadə edən İsveçrə klubu 12 min avro ödəməli olacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord