Olimpiya komplekslərinin inşası dayandırıldı

Olimpiya komplekslərinin inşası dayandırıldı
GÜNDƏM 23 Oktyabr 2017 / 17:33 3524
-  A +

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.

Qol.az verir ki, bu barədə "Report" agentliyinə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni, komplekslər hissə-hissə açılır".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın