Belə qol da olur - Video

Belə qol da olur - Video
VİDEO 23 Oktyabr 2017 / 17:25 5347
-  A +

Tailand Kubokunda penaltidən kuryoz qol vurulub.

Qol.az-ın məlumatına görə, "Banqkok Sport Klub” və "Satri Anqtxonq” arasında keçirilən  yarımfinal görüşünün əsasə və əlavə vaxtında bərabərlik qeydə alınıb – 2:2.

Penaltilər seriyasında hesab 19:19 olana qədər davam edib. Həlledici məqamda topa "Banqkok Sport Klub”un qapıçısı yaxınlaşıb. Onun zərbəsi qapı tirinə dəydiyindən "Satri Anqtxonq”un qolkiperi sevinərək meydanın mərkəzinə qaçıb. Lakin yerə düşən top fırlanaraq bir neçə dəfə qazona dəydikdən sonra qapı xəttini keçib və hakim qolu qeydə alıb.

Daha sonra "Satri Anqtxonq”un futbolçusu zərbəni dəqiq yerinə yetirə bilməyib və "Banqkok Sport Klub” finala vəsiqə qazanıb.




Son xəbərlər