“Son vaxtlar “Qəbələ” haqda yaxşı danışmırdılar”

“Son vaxtlar “Qəbələ” haqda yaxşı danışmırdılar”
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2017 / 14:40 2108
-  A +

“Turnir cədvəlində mövqeyimiz elə idi ki, “Qarabağ” qalib gəlsə, bizdən çox uzaqlaşacaqdı. Ona görə də bu oyuna ikiqat hazırlaşmışdıq”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Asif Məmmədov Topaz Premyer Liqanın 9-cu turunda evdə “Qarabağ”a qalib gəldikləri oyun haqda danışarkən deyib.

O, liderlə oyuna tam fərqli motivasiyada çıxdıqlarını bildirib: “Son vaxtlar futbol icitimaiyyəti “Qəbələ” haqda yaxşı danışmırdı. Komandamız zəif çıxışına görə tənqid olunurdu. Həm bu fikirləri alt-üst etmək, həm də azarkeşlərimizi sevindirmək üçün mübarizə apardıq. Yaxşı oyun sərgilədik. “Qarabağ” kimi komandanı məğlub etmək böyük işdir. Çünki rəqibimiz son vaxtlar çox yaxşı formadadır. Onların Çempionlar Liqasında “Atletiko” ilə oyunu bunu deməyə əsas verir. Buna görə də oyuna ikiqat hazırlaşmışdıq”.

Dünənki matçın bu mövsüm ən baxımlı oyunlarından biri olduğunu vurğulayan Məmmədov  yaxşı oynamalarının səbəbini belə izah edib: “Yeni transferlərimiz əvvəl komandaya tam uyğunlaşmamışdısa, indi artıq kollektiv oyun nümayiş etdirə bilirik. Dünən stadionda da ab-hava yaxşı idi. Azarkeşlərimiz çox idi. Bunun hamısının rolu var. Getdikcə bundan da yaxşı oynayacağıq. Hələ super oynamırıq. Heyətimizə baxanda görünür ki, bundan da yaxısını edə bilərik”.

Oyunda yeganə qolun müəllif olan 31 yaşlı  yarımmüdafiəçi komandasının qələbəsinin daha vacib olduğunu qeyd edib: “Qolu kimin vurmağının fərqi yoxdur. Mən buna o qədər də önəm vermirəm. Düzdür, “Qarabağ”a qol vurmağım yaxşıdır, ancaq dünənki oyunda əsas qələbə idi. Qol vurduğum epizoda qədər baş məşqçimiz mənə bir neçə dəfə bildirdi ki, hər şey yaxşıdır. Daha sonra qol vurduğum epizoddan da yaxşı fürsətim oldu, ancaq yararlana bilmədim”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki