“Çixura” yol qəzasına düşdü

“Çixura” yol qəzasına düşdü
XƏBƏR 23 Oktyabr 2017 / 14:34 2623
-  A +

Gürcüstanın “Çixura” klubunun üzvləri yol qəzasına düşüblər.

Qol.az-ın “Sputniq Qruziya”ya istinadən yaydığı xəbərə görə, hadisə dünən komandanın futbolçularını daşıyan mikroavtobus “Dinamo” ilə Batumidə keçirilən oyundan sonra Tiflisə qayıdarkən Xaşuri şəhəri yaxınlığında baş verib.

Klub rəhbərliyi bildirib ki, kapitan Şota Kaşiyadan başqa futbolçulardan heç kim xəsarət almayıb. Dünən 33 yaşı tamam olan müdafiəçinin qolunun qırıldığı bildirilir.

Xatırladaq ki, “Çixura” Azərbaycan azarkeşlərinə tanış komandadır. Onlar 2014-cü ilin yayında Avroliqanın təsnifat mərhələsində “Neftçi”yə rəqib olub. Səfərdəki matç Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi, Bakıda görüş isə heç-heçə (0:0) yekunlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi