“Neftçi”nin 3 il yarım gözlədiyi seriya

“Neftçi”nin 3 il yarım gözlədiyi seriya
XƏBƏR 23 Oktyabr 2017 / 13:31 2989
-  A +

Topaz Premyer Liqanın IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib – 1:0.

“Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədir. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıb. 2016-cı ilin mayında “Neftçi” AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub etmişdi. Lakin həmin vaxt “Neftçi” hər üç matçda qol buraxmışdı. Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada quru hesabla qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına – təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların üçündə - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan udmuşdu. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı