FİFA 2017-in ən yaxşı oyunçusunu bu gün açıqlayır

FİFA 2017-in ən yaxşı oyunçusunu bu gün açıqlayır
DÜNYA FUTBOLU 23 Oktyabr 2017 / 10:55 3754
-  A +

Bu gün İngiltərənin paytaxtı Londonda FİFA ilin ən yaxşılarını mükafatlandıracaq.

Qol.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

2017-ci ilin ən yaxşı kişi futbolçusu adı uğrunda Kriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messi ("Barselona”, İspaniya) və Neymar (PSJ, Fransa) yarışır.
 
İlin ən yaxşı baş məşqçisi adına isə Zinəddin Zidan ("Real Madrid”, İspaniya)  Antonio Konte ("Çelsi”, İngiltərə) və Massimiliano Alleqri ("Yuventus”, İtaliya) iddialıdır.

Ən yaxşı qapıçı adına namizədlər isə bunlardır: Canluici Buffon ("Yuventus”, İtaliya), Keylor Navas ("Real Madrid”, İspaniya), Manuel Noyer ("Bavariya”, Almaniya).

Bundan başqa, ilin ən yaxşı qadın futbolçusu və azarkeşləri də seçiləcək.

Qeyd edək ki, qalib, millilərin məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlərin səsverməsinə əsasən müəyyənləşir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı