"Çox, lap çox məmnunam" - Qriqorçuk

"Çox, lap çox məmnunam" - Qriqorçuk
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2017 / 21:19 4542
-  A +

Topaz Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qarabağ” üzərində qələbədən (1:0) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

-  Ancaq müsbət, xoş şərh verə bilərəm. Meydanda çox yaxşı görünürdük. Çox, lap çox məmnunam.

-  İlk yarıda pressinq tətbiq edib şox təsir bağışlayan “Qəbələ” fasilədən sonra bunu etmədi. Səbəb nə idi?

-  Zənnimcə, bu, psixoloji problemlə bağlıdı. Futbolçular buna hazır olmalıdılar. Nəticə bizi qane edəndə daha çox hücum etməliyik. Bunun üzərində çalışmalıyıq.

-  İki gün əvvəl verdiyiniz müsahibədə futbolçularınızın “Qarabağ”a qarşı matçda daha yüksək motivasiyalı olmasını istədiyinizi bildirmişdiniz. Bu motivasiyanı gördünüzmü?

- Gəlin ötən turdakı “Sumqayıt”la oyunu da xatırlayaq. Fantastik əzmkarlıq görmüşdüm. İndi isə həm əzmkarlıq, həm yüksək motivasiya, həm də daha keyfiyyətli futbol vardı.

- İlqar Qurbanovla Filip Ozobiçin durumu nə yerdədi?

- Çox ciddi zədə almışdılar. Sınıq qısa müddətə bərpa olmur. Ancaq təcrübəli və istəkli oyunçu olduqları üçün inanıram ki, tezliklə sıramıza dönəcəklər.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı