"Bakıdakı heç-heçəyə üzülmədim" - Simeone

"Bakıdakı heç-heçəyə üzülmədim" - Simeone
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2017 / 16:20 5041
-  A +

“Mənim çox güclü və rəqabətə meylli komandam var. Son 6 il yarımda olduğu kimi mübarizə aparmağa davam edəcəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının IX turunda “Selta” ilə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib. Argentinalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri oyuna da toxunub:

“Mövsümün gedişində fərqli vəziyyətlər yarana bilər. Futbol asan deyil. Biz də hazırda bu vəziyyətdəyik. Nə Bilbaoda qələbə qazananda çox sevindim, nə də Bakıda heç-heçə edəndə üzüldüm. Çünki bunlar üçün vaxt yoxdur. Çalışıb, vəziyyətdən çıxmalıyıq. İnanıram ki, “Atletiko” doğru yolu tapacaq”.

Qeyd edək ki, “Atletiko” bu gün səfərdə “Selta”nın qonağı olacaq.

Daha çox


Son xəbərlər