“Milan” baş məşqçini dəyişə bilər

“Milan” baş məşqçini dəyişə bilər
XƏBƏR 22 Oktyabr 2017 / 13:19 3224
-  A +

A seriyasında dalbadal üç oyunda uduzan “Milan” baş məşqçisi Vinçentso Montellanı istefaya göndərə bilər.

Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, bu gün “Cenoa” ilə matçda da uğursuz nəticə qeydə alınsa, 43 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Bildirilir ki, Montella işdən azad edilsə, onun yerinə isə mövsümün sonuna kimi əvəzedici komandanın baş məşqçisi Cennaro Qattuzo gətiriləcək.

Qeyd edək ki, “Milan” bu yay transferlərə 200 milyon avrodan çox pul xərcləsə də, komanda yerli çempionatda 8 oyunda sonra 10-cu yeri tutur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı