Cəmşid Məhərrəmov: “Bizi çempionluq mübarizəsindən silənlər səhvə yol veriblər”

Cəmşid Məhərrəmov: “Bizi çempionluq mübarizəsindən silənlər səhvə yol veriblər”
XƏBƏR 10 Aprel 2010 / 00:05 1882
-  A +

Müəyyən fasilədən sonra “İnter”lə son oyunda heyətə qayıdan Cəmşid Məhərrəmov “Bakı”nın “Xəzər Lənkəran”la oyunda uğur qazanacağına inanır. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu bazar günü meydana yalnız 3 xal üçün çıxacaqlarını bildirib: “İnter”lə matçda üstün tərəf olsaq da, sonda yalnız 1 xalla kifayətlənməli olduq. Amma “Xəzər Lənkəran”la oyunda mütləq qələbə qazanmalıyıq. Düzdür, rəqibimiz güclüdür. Amma “Bakı”nın zəif olduğunu düşünənlər də yanılırlar. Bizi çempionluq mübarizəsindən silənlər səhvə yol veriblər.
“Xəzər Lənkəran”la oyunda uğur qazanmaqla, iddiamızı sübut edəcəyik. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”.   

 


Son xəbərlər