“Mançester Yunayted”də gərginlik – Mourinyo danışdı

“Mançester Yunayted”də gərginlik – Mourinyo danışdı
DÜNYA FUTBOLU 22 Oktyabr 2017 / 11:54 5429
-  A +

“Mançester Yunayted”in baş məşqçsi Joze Mourinyo Premyer Liqanın 9-cu turunda “Haddersfild Taun”a məğlubiyyətlə (1:2) bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, o, futbolçusu Ander Erreranın “MY”li oyunçuların meydanda bir-birinə qarşı pis münasibət göstərmələri, qələbəyə can atmadıqları barədə söylədiklərinə toxunaraq deyib:
 
“Əgər futbolçu bu fikrə səsləndirirsə, onda mətbuat konfransına da gələrək bu haqda danışmalıdır. Çünki mən özüm baş verənlərə indi geniş izah verə bilmərəm. Məğlubiyyət futbolçular arasındakı münasibətlərə görə olub. Əgər mən uduzuramsa, bunu o halda qəbul edirəm ki, rəqib bizdən güclü olub. Amma sən futbolçuların münasibəti səbəbindən məğlub olursansa, bu, çox pisdir”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı