“Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov

“Bundan sonra "Neftçi"yə həm hörmətlə, həm də ciddi yanaşacaqlar” – Ruslan Abışov
MÜSAHİBƏ 22 Oktyabr 2017 / 11:35 4683
-  A +

“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqanın IX turunda “Kəpəz” üzərində1:0 hesablı qələbədən sonra Qol.az saytına müsahibə verib. Təcrübəli futbolçu əvvəlcə oyunl bağlı fikirlərini açıqlayıb:

- Çətin matç idi. “Kəpəz” bu mövsüm aşağı sıralarda getsə də, rəqiblər üçün başağrı olur. Bilirdik ki, Gəncə səfəri çətin keçəcək. İstənilən rəqib vurda xal itirə bilər. Bir çoxları “Kəpəz”i zəif etsə də, biz belə düşünmürdük. Əsas olan 3 xal idi. “Səbail” də bu tur qələbə qazanmışdı. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyildi. Bu oyunu unudub, “Sumqayıt”la matça hazırlaşacağıq. Həmin oyun da bizimüçün çətin keçəcək. “Sumqayıt” da bizim çətin rəqiblərimizdən biridir. Yaxşı hazırlaşıb, bu oyunda da qələbə qazanmaq istəyirik.

- Qələbə qolunu sən vurdun. Bununla bağlı nə deyə bilərsən?

- Tərcüməçimiz Vüqarın ad günü idi. Oyun başlayanda ona dedim ki, qol vurub, sənə hədiyyə edəcəm. Şükürlər olsun ki, fərqlənə bildim. Nədənsə, stadionların açılışında hər zaman qol vururam. Tofiq Bəhramov adına Respublika stadionunun təmirdən sonrakı, “Bakcell Arena”nın açılışında fərqlənmişdim. Baxmayaraq ki, Gəncə şəhər stadionu köhnədir. Ot örtüyü yeniləndiyi üçün açılış kimi baxırdılar. Elə bil, qismətimdə açılış oyunlarında fərqlənmək var (gülür).

- Dalbadal 3-cü oyundur ki, “Neftçi” qələbə qazanır. Amma nəzərə alaq ki, qalib gəldiyiniz hər 3 rəqib turnir cədvəlində son yerlərdədi. Necə düşünürsən, həmin oyunlar “Neftçi”nin dirçəlişi üçün göstərici ola bilər, yoxsa əsas gücünüz çətin rəqiblərlə görüşlərdə bilinəcək?

- Hər halda biz qalib gələndə “Səbail”lə “İnter” turnir cədvəlində bizdən yuxarıda idilər. Son sırada idik. Tərlan müəllim gələndən sonra hər şey dəyişib. Futbolçularda özünəinam formalaşıb. Artıq hiss olunur ki, komanda hər cəhətdən inkişaf edir. Bunu davam etdirməliyik. Qışa kimi çətin oyunlarımız çoxdur. Vəzifəmiz bu oyunlarda maksimum nəticə qazanmaqdır. Bacardığımız qədər yuxarı pillələrə qalxmalıyıq. Qışda isə mövsümün ikinci hissəsinə daha yaxşı hazırlaşacağıq.

- Özün də dedin ki, çətin oyunlar qabaqdadır. Düşünmək olarmı ki, “Neftçi”nin əsl gücü məhz həmin oyunlarda üzə çıxacaq?

- Qələbə hər zaman özünə inamı artırır. Məncə, 3 oyunda qalib gəlmişiksə, 4-cü oyunda bunun davamı gəlməlidir. 1-2 oyun udub, sonra xal itirən komanda olmaq istəmirik. Hər zaman iddialı olmaq,  “Neftçi”nin əvvəlki gücünü qaytarmaq istəyirik. Bundan sonra rəqiblər də artıq “Neftçi”yə həm hörmətlə, həm də ciddi komanda kimi yanaşacaqlar.

- Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi” nisbətən özünə gəlib. Baş məşqçi komandada nəyi dəyişdi ki, birdən-birə bu cür sıçrayış oldu?

- Futbolçular artıq özlərinə inanırlar. Məşqlərdə də görünür ki, hamı əsas heyətə düşmək üçün çalışır. Rəqabət də artıb. Futbolçular artıq rahat oynamırlar. Daha yaxşı mübarizə aparırlar. Bunların nəticəsidir ki, komanda inkişaf edir.Bundan sonra daha da yaxşı olacaq. Çünki həm yaxşı futbolçularımız, həm də baş məşqçimiz var.

- Bir neçə dəfə klub dəyişib, sonra yenidən “Neftçi”yə qayıtdın. Bundan sonrası üçün nə düşünürsən? Bu komandada qalmaqla kifayətlənəcəksən?

- Əgər zədələnməsəm, belə formada qalsam, ümidliyəm ki, yenidən ölkə xaricində oynayacağam. Legioner həyatı yaşamaq istəyirəm. Futbolçu kimi yetişməyimdə “Neftçi”nin danılmaz rolu var. Yenidən doğa evimə qayıtmışam. Sağ olsunlar ki, məni qəbul edirlər. Məndə bunların qarşılığında öz davranışım,öz oyunumla onları sevindirmək, ümidləri doğrultmaq istəyirəm. Bəlkə də qismət olacaq, elə karyeramı da burda bitirəcəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord