"Napoli"ni "İnter" dayandırdı

"Napoli"ni "İnter" dayandırdı
GÜNDƏM 22 Oktyabr 2017 / 01:05 3875
-  A +

İtaliya A Seriyasında 9-cu tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Lider “Napoli” öz meydanında “İnter”lə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Beləliklə, keçirdiyi 8 oyunun hamısında qalib gələn Neapol təmsilçisi mövsümdə ilk xal itkisi ilə üzləşib.

Günün digər oyununda “Sampdoriya” evdə “Krotone”ni darmadağın edib – 5:0.

Turun digər 8 qarşılaşması bu gün keçiriləcək.

Qeyd edək ki, "Napoli" 25 xalla liderliyini qoruyur. "İnter" 23 xalla 2-ci, "Yuventus" isə 19 xalla 3-cüdür.

21 oktyabr

İtaliya A seriyası, IX tur

“Sampdoriya” – “Krotone” - 5:0
Qollar:
Ferari, 3, Qvaqriarella, 12, Kaprari, 39, Linetti, 71, Kovnaçki, 76
 
“Napoli” – “İnter” - 0:0

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı