"Fənərbaxça"nın futbolçusu dünyasını dəyişdi

XƏBƏR 9 Aprel 2010 / 21:06 2179
-  A +

Bir neçə gün əvvəl Almaniyanın Karlsrue şəhərində avtomobil qəzası nəticəsində komaya düşən “Fənərbaxça”nın sabiq futbolçusu Alper Balaban vəfat edib. Futbolçunun beyin hüceyrələrinin öldüyü bildirilir. Ancaq həkimlər futbolçunun atasının istəyi ilə Alperi süni nəfəs aparatından ayırmayıblar. O, oğlunun daha bir neçə gün cihazların köməyi ilə yaşamasını xahiş edib.

Xatırladaq ki, 23 yaşlı Alper Balaban 3 gün əvvəl transfer danışıqları aparmaq üçün yollandığı Almaniyanın Karlsrue şəhərində avtomobil qəzasına düşmüşdü. “Karlsrue” klubunun transfer etmək istədiyi adıçəkilən futbolçu karyerası ərzində “Kocaelispor”, “Eskişehirspor” və “Fənərbağça”nın formasını geyinib. Alper 1 dəfə də Türkiyənin gənclərdən ibarət yığmasının heyətində meydana çıxıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord