Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurdu

Rauf Əliyev ardıcıl 3-cü oyunda qol vurdu
XƏBƏR 22 Oktyabr 2017 / 00:01 7336
-  A +

Albaniya çempionatında VII turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi”  səfərdə “Luftetari” ilə qarşılaşıb.

Görüş Raufun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Matça start heyətində başlayan Əliyev 73-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

Qeyd edək ki, “Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala malik “Skenderbeu” isə liderdir.

Daha çox


Son xəbərlər