Georgi Nikolov: «Mahmud Qurbanov özünü "İnter"də narahat hiss edirsə, istədiyi komandaya gedə bilər»

ÖLKƏ FUTBOLU 20 Noyabr 2008 / 20:00 4157
-  A +

- Premyer-liqanın geridə qalan on bir turunda "İnter"in çıxışına necə dəyərləndirsiz?

- Komanda liderlər arasındadısa, deməli, narazı olmağa əsas yoxdu. Nəzərə almaq lazımdır ki, vəziyyətimiz pis də ola bilərdi. Özünüz də görürsünuz ki, turnir cədvəlində birinci yeri tutunla altıncı pillədə dayanan arasında nə qədər fərq var. Bu o deməkdir ki, komandalar daha da iddialaşıblar. Fikrimğə, çempionatın səviyyəsi ötən ilkinə nisbətən daha da yüksəlib.

- Hakimlərin səviyyəsindən necə razısızmı?

- Hakim oyunu idarə edərkən heç bir təmanna güdməməlidir. Bunu daha çox meydanda olan oyunçular və məşqçilər hiss edirlər. Sonuncu turda "Qarabağ"la matçı nəzərə almasaq, demək olar ki, ciddi bir narazılığım yoxdu. Düzü, mən oyunu izləməmişəm, sadəcə, mənə deyiblər.

- Müsahibələrinizdə xaricdən hakim gətirilməsinin lehinə olduğunuzu dəfələrlə bildirmisiz. Bu o deməkdir ki, yerli hakimlərə etibar etmirsiz?

- Bəli, mən hər zaman xarici hakimlərə daha çox güvənmişəm. Çünki onların heç bir marağı yoxdu ki, "Neftçi" udacaq, ya "Bakılı". Ötən mövsüm bizim dörd oyunumuzu əcnəbilər idarə etmişdilər, bunların ikisində biz qalib gəlmişdik, ikisində isə rəqiblərimiz.

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov saytımıza verdiyi müsahibədə bildirib ki, bu mövsüm əcnəbi hakimlər gətirilməyəcək...

- Əcnəbi hakimlərin gəlməsini bir çox klub istəyir. Amma komitə rəhbərləri bunu kapriz kimi qəbul edirlər. Əslində, bizim bunu istəməyimizə səbəb çempionatın səviyyəsinin artması ilə bağlıdır. Əgər Xaqani Məmmədov elə deyibsə, qoy olsun.

- Mahmud Qurbanovun komandadan getmək istəməsinə münasibətiniz necədir?

- Maşmud hələ ki, bizim oyunçudu. Komandadan getmək istəyirsə, bu, onun hüququdu. Əgər o özünü "İnter"də narahat hiss edirsə, istədiyi komandaya gedə bilər. Biz heç kimi məcbur saxlamırıq.

- Qarşıda "Birlik kuboku" turniri var. Transfer pəncərəsi açılanda komandanı gücləndirməyi düşünürsüzmü?

- Çox istərdim ki, sizin bu yazını Rusiya mətbuatı da oxusun. Bilirsiz ki, "Birlik kuboku"nda iştirak etmək üçün ruslar bizə dəvət göndərməlidirlər. Futbolçuların ora gedə bilməsi üçün viza məsələlərini həll etməlidirlər. Hazırda bizim bu turnir haqqında heç bir informasiyamız yoxdu. Ona görə transfer məsələsini düşünmək bizim üçün hələ ən axırıncı yerdədi.

- Necə düşünürsüz "İnter" "Neftçi" və "Xəzər-Lənkaran"ın uğurlarını davam etdirə biləcəkmi?

- Əlbəttə çalışacağıq ki, bu ənənəni biz də davam etdirək. Amma bu heç də asan iş olmayacaq. Çünki turnirdə Rusiya və MDB ölkələrinin çempionları iştirak edəcək. Təbii ki, onlar da özlərini sübut etmək istəyəcəklər. Azərbaycanı layiqli təmsil etməyə çalışacağyıq.

Kəmalə İSMAYILOVA

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı