“Kaş “Neftçi”nin futbolçularından 3-4-ü bizdə olaydı” - Şahin Diniyev

“Kaş “Neftçi”nin futbolçularından 3-4-ü bizdə olaydı”  -  Şahin Diniyev
GÜNDƏM 21 Oktyabr 2017 / 18:15 3737
-  A +

"Uduzsaq da, komandadan razı qaldım. Standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız istəkli idi, ancaq alınmadı. Onlara görə mən məsuliyyət daşıyıram. Sonadək mübarizə aparmalıyıq. Hər dəfə 3-4 yeni futbolçu meydana çıxır. Sabit heyət axtarışındayıq. Futbolçuların üzərinə getmək düzgün deyil”.
 
Qol.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 9-cu turunda Gəncədə "Neftçi"yə uduzduqları (0:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Bir epizodda futbolçular penalti tələb etsələr də, referi təyin etmədi. Hakimlikdən razı qaldınız?

- Penalti epizoduna baxmamışam. Baxdıqdan sonra qərar verə bilərəm.

- Uğursuzluqlar səbr kasasını nə zaman daşıracaq?

- Şahin Diniyevdən əvvəl "Kəpəz" azarkeşləri var. Bu nəticələr Gəncə adına layiq deyil. Mən də bununla barışmayacağam. Başımızı aşağı salıb işləməliyik. Dekabradək xallar yığmalıyıq. Sonadək vuruşacağıq. Getmək asandır, amma bu, çıxış yolu deyil.
 
- “Kəpəz”in heyətinin güclü olmadığını bilirik. Qış fasiləsində dəyişiklik olacağına inanırsızmı?

- “Neftçi”nin heyətində ehtiyatda 9 futbolçu oturmuşdu. Kaş ki, onlardan 3-4-ü mənim ixtiyarımda olaydı. Mən bilirdim ki, büdcəmiz aşağı olacaq. Buna razılaşmısamsa, indiki durumda komandanı atıb getmək çox asandı. İşlədiyin vəziyyətdə problemi deyə bilmirsənsə, çıxıb gedəndən sonra nəsə demək düz olmaz. Açığı, qışda bunlardan yaxşı futbolçu alacağımızı deyə bilmərəm. Büdcəmiz buna imkan vermir. Amma azad agent statusu daşıyan oyunçu olsa, heyətimizə qata bilərik. Maksimum 1-2 nəfərlə güclənməyimiz mümkündü.

- Sabit oyun sərgiləyə bilməməyinizin səbəbi nədir?

- Sabit heyət olmadığı üçün sabit oyun da yoxdur. Bu, dekabradək davam edəcək. Qoldan sonra ustalığımız çatmır ki, bərabərlik qolunu vuraq. Belə vəziyyətlə barışan deyiləm. Futbolçularımız çalışdılar. Onlara dedim ki, əl-ələ verib vəziyyətdən çıxmalıyıq. Hərçənd, vəziyyət çox acınacaqlıdır.
 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı