Xaqani Məmmədovla azarkeşlər arasında insident

Xaqani Məmmədovla azarkeşlər arasında insident
GÜNDƏM 21 Oktyabr 2017 / 18:00 3404
-  A +

Topaz Premyer Liqanın lX turunun “Neftçi” – “Kəpəz”  oyunundan (0:1) sonra azarkeşlərlə  Hakimler Komitəsinin sədri Xaqani Məmmədov arasında insident yaşanıb.

Qol.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının veridyi məlumata görə, yerli fanatlar Məmmədovun qarşısını kəsərək ona matçın idarəçiliyi ilə bağlı iradlarını bildiriblər.

Azərkeşlərin narazılığına güələrək reaksiya verən komitə sədrinin bu hərəkəti onları özündən çıxarıb. Nəticədə azarkeşlərdən biri Xaqani Məmmədovu təhqir edib: “Sən işləyə bilmirsən, Gülağa Cabbarov, Tahir Süleymanov səndən yaxşı işləyər. Sən kişi deyilsən. Sən ancaq Özbəkistanda komitə sədri ola bilərsən” – deyə azarkeş bildirib.

Daha çox


Son xəbərlər