“Xəzər Lənkəran” 5 ildir “Bakı”ya uduzmur

XƏBƏR 9 Aprel 2010 / 19:25 2150
-  A +

Unibank Premyer Liqasının XXVII turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək “Bakı” klubunun rəqibinə qarşı sindromu var. Qol.Az-ın məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi 5 ildir “Xəzər Lənkəran”la çempionat oyunlarında qələbə nə olduğunu bilmir.

Aprelin 11-də üz-üzə gələcək rəqiblərin duellərində “Bakı” sonuncu dəfə 2005-ci ildə 3 xal qazanıb. O vaxtdan bəri keçən 1692 gün ərzində “Xəzər-Lənkəran” məğlubiyyət acısı dadmayıb. Bu müddətdə keçirilən 9 oyunda isə “ağ-yaşıllar” 3 qələbəyə sevinib, 6 oyun isə heç-heçə nəticələnib. Bir sözlə, Lənkəranlılar ölkə kuboku uğrunda keçirilən görüşləri nəzərə alınmamaqla, artıq 5 ildir qələbə sevinci yaşatmağı “zolaqlı” rəqiblə görüşür.

Mənbə: lankaranfc.com


Son xəbərlər