"Neftçi"dən ardıcı 3-cü qələbə, "Zirə"dən ilk məğlubiyyət

"Neftçi"dən ardıcı 3-cü qələbə, "Zirə"dən ilk məğlubiyyət
PREMYER LİQA 21 Oktyabr 2017 / 18:54 14645
-  A +

Topaz Premyer Liqasında IX turun oyunları davam edir.

Qol.az xəbər verir ki, ikinci iyun günündə daha 2 görüş keçirilib.

Günün ilk oyunu Gəncədə olub. Bu, "Kəpəz"in cari mövsümdə ilk ev qarşılaşması idi. Gəncə stadionunun qazonu dəyişdirildiyindən Şahin Diniyevin komandası ilk dəfə "Neftçi" ilə matçda doğma publika önünə çıxıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Bu, "ağ-qaralar"ın ardıcıl 3-cü qələbəsidir.

Digər oyun isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası çempionatın uduzmayan iki kollektivindən biri olan "Zirə"ni sınağını çəkib. Meydan sahibləri bu görüşdə 2:1 hesablı qələbə qazanaraq "Zirə"nin məğlubiyyətsizlik seriyasını qırıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.



21 oktyabr (şənbə)

17:00. “Sumqayıt” – “Zirə” - 2:1
Qol:
Sadio Tounkara, 4 (0:1), Amil Yunanov, 38 (1:1), Vurğun Hüseynov, 83 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

15:00. “Kəpəz” – “Neftçi” - 0:1
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
Qol: Ruslan Abışov, 41
Gəncə şəhər stadionu

 

22 oktyabr (bazar)

18:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu

20 oktyabr (cümə)

“Səbail” – “İnter” - 1:0


N Klublar O Q H M T-F X
1 Qarabağ 7 6 1 0 14-3 19
2 Zirə 9 5 3 1 16-7 18
3 Qəbələ 8 5 1 2 11-8 16
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 8 3 0 5 5:12 9
7 İnter 9 2 2 5 7:12 8
8 Kəpəz 9 1 1 7 5-15 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol


Son xəbərlər