Ronaldodan növbəti xeyirxah addım - 370 yaralıya yardım etdi

Ronaldodan növbəti xeyirxah addım -  370 yaralıya yardım etdi
XƏBƏR 21 Oktyabr 2017 / 01:55 4430
-  A +

“Real”ın hücumçusu Kriştianu Ronaldo növbəti dəfə xeyirxah addım atıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.

Bu haqda Ronaldonun bacısı Katya Aveyru Feysbukda yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.

Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord