"Kəpəz" Gəncədə məşqə çıxdı

"Kəpəz" Gəncədə məşqə çıxdı
XƏBƏR 20 Oktyabr 2017 / 23:00 1740
-  A +

Topaz Premyer Liqasının 9-cu turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" bu gün Gəncəyə gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda oyun öncəsi son məşqini matçın oynanılacağı Gəncə şəhər stadionunda keçirib. Bu, "sarı-göylər"in yenilənmiş meydançada ilk məşqi olub. Təxminən 50 dəqiqə davam edən hazırlıq prosesi yüngül xarakter daşıyıb. Məşqçilər heyəti futbolçuları çox da yormayaraq son tapşırıqlarını verib.

Xatırladaq ki, "Neftçi" ilə görüşdə Şəhriyar Əliyev cəzalı, Samba Diallo və İlkin Sadıqov isə zədəli olduğu üçün iştirak edə bilməyəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord