"Bu komandada heç kim başqasından artıq deyil" - Samir Əliyev

"Bu komandada heç kim başqasından artıq deyil" - Samir Əliyev
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2017 / 21:21 2917
-  A +

Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 9-cu turunda "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?

- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldır ki, əvvəlki matçlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin oyunlar gözləyir.

- Eltun Yaqublu əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi. Bildiyimiz qədər ilə onun klub rəhbərliyində təmsil olunan şəxslərlə yaxınlığı var. Sanki futbolçu onlara arxalanaraq meydanda bu cür hərəkətlər edir...

- Eltun komandanın kapitanıdır. Bu məsələ ilə bağlı futbolçularla danışacağıq. Hər iki futbolçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdır. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Bu komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədir. Eltun ötən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı