"Qışa kimi əzab çəkəcəyik" - Zaur Svanadze

"Qışa kimi əzab çəkəcəyik" - Zaur Svanadze
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2017 / 21:17 2225
-  A +

"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 9-cu turunda səfərdə “Səbail”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, gürcü mütəxəssis əvvəlcə matç barədə bildirib:

- 3 oyundur uduzuruq. Son vaxtlar lazımi səviyyədə oynamırıq, 8-9 oyunçu ilə məşq edirik. Rauf Əliyevin gedişindən sonra hücumçu mövqeyində çətinliyimiz var. Nizami Hacıyev məşq etsə də, hələ tam hazır deyil. Denis Silva da xəstə olduğundan bu gün çıxış edə bilmədi. Düzdür, bunu bəhanə etmirəm, ancaq heyət cəhətdən problemlərimiz var. Əvvəl də dediyim kimi, qışa kimi əzab çəkəcəyik. Bundan sonra yeni oyunçular cəlb edərək, vəziyyəti düzəldə bilərik. “İnter” adı ilə son oyunumuza çıxdıq. Buna görə, bu gün qalib gəlmək istəyirdik. Ancaq alınmadı. Futbolçularıma təşəkkür edirəm. Məncə, onlar bu müddət ərzində “İnter” adına layiq çıxış etdilər. Növbəti turdan “Keşlə” adı altında oynayacağıq.

- Komandada bu gün sanki aqressiya çatışmırdı. Komanda cinahlarda zəif təsir bağışlayırdı. Buna səbəb nədir?

- Son bir ay ərzində 9-10 futbolçu ilə məşq etmişik. Bu oyunçularla tam hazır olmaq, keyfiyyətli məşq keçmək mümkün deyil.

- İkinci dövrənin bitiminə 5 tur qalıb. Hansı oyunçuların komandaya cəlb edilməsi və ya maliyyə məsələsi ilə bağlı rəhbərliklə danışmısınız?

- Bəli, rəhbərliklə danışmışam. Bir neçə mövqeyə yeni futboçuların cəlb edilməsini planlaşdırırıq.

- Bu futbolçular yerli olacaq, yoxsa legioner?

- Çox istərdik ki, yerli futbolçu cəlb edək. Ancaq bu, çox çətin olacaq. O ki qaldı legioner transferinə, məncə, bunu həyata keçirə bilərik.

 

Daha çox


Son xəbərlər