Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
XƏBƏR 20 Oktyabr 2017 / 15:11 2999
-  A +

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.

O, səslərin 51 faizini toplayıb. Cenk Tosun (“Beşiktaş”) 2-ci, Kuinsi Promes  ("Spartak") 3-cü olub.

Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Maribor”la oyunda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, Salah qrup mərhələsinin ilk turunda da həftənin ən yaxşısı olmuşdu.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq