"Atletiko" - "Qarabağ" oyununun biletləri - Bakıda satışda

"Atletiko" - "Qarabağ" oyununun biletləri -  Bakıda satışda
XƏBƏR 20 Oktyabr 2017 / 13:47 3920
-  A +

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.

Qol.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər.

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür. 

Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

Daha çox


Son xəbərlər