«Media kuboku»nun püşkü atıldı

XƏBƏR 9 Aprel 2010 / 17:48 1830
-  A +

Bu gün "Me­dia ku­bo­ku - 2010" mi­ni-fut­bol tur­ni­ri­nin püş­kat­ma mərasimi ke­çi­ri­lib. Qol.Az-ın məlumatına görə, Turnirin Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri, "Şərq" qə­ze­ti­nin baş re­dak­to­ru Akif Aşır­lı bildirib ki, ar­tıq 7-ci il­dir  "Şərq" qə­ze­ti­nin təş­ki­lat­çı­lı­ğı və tə­şəb­bü­sü ilə KİV ko­man­da­la­rı ara­sın­da ümum­mil­li li­der Hey­dər Əli­ye­vin xa­ti­rə­si­ni anım ma­hiy­yə­ti da­şı­yan fut­bol tur­ni­ri ke­çi­ri­lir və bu id­man ya­rı­şı me­dia mən­sub­la­rı ara­sın­da ma­raq­la qar­şı­la­nır. Hə­mi­şə ol­du­ğu ki­mi, bu il də ənə­nə­vi tur­ni­rin ke­çi­ril­mə­si üçün la­zım olan bü­tün təd­bir­lər, təş­ki­la­ti iş­lər ye­kun­la­şıb. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin İd­man Komp­lek­sin­də ke­çi­ri­lə­cək tur­nir AF­FA-nın ha­kim­lər kor­pu­su tə­rə­fin­dən ida­rə edi­lə­cək.
A.Aşırlı bildirib ki, "Me­dia ku­bo­ku - 2010" uğ­run­da ya­rış­da 10 ko­man­da 2 qrup­da mü­ba­ri­zə apa­ra­caq. «İdman Azərbaycan», ATV, «Spa­ce TV», «Xə­zər TV», İctimai Televiziya və "Ye­ni Azər­bay­can", "525-ci qə­zet" + "Əda­lət" qə­zet­lə­ri, mət­bu­at ya­yım fir­ma­la­rın­dan isə "Sə­ma" ko­man­da­la­rı mü­ba­ri­zə apa­ra­caq­lar. Tur­ni­rin təş­ki­lat­çı­sı "Şərq"in ko­man­da­sı isə bu də­fə ANS te­le­ka­na­lı­nın ko­man­da­sı ilə bir­gə mey­da­na çı­xa­caq.
Yarışmada I yeri tutan komandaya 1000 manat, II yeri tutan 500 və III yerin sahibinə 300 manat mükafat veriləcək. Bundan başqa ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və bombardir mükafatlandırılacaq.
Sonra püşkatma mərasimi keçirilib. Təşkilat Komitəsinin sədr müavini Yusif Nəzərli yarışmanın Əsasnaməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, budəfəki yarışmada 10 komanda 2 qrupda mübarizə aparacaq. Təşkilatçı komanda və «media kuboku»nun ən çox qalibi olmuş Az TV qrup liderləri təyin ediliblər. Püşkün nəticələri ilə tanış olun:

A qrupu: 1. «Şərq»+ANS. 2. Space TV. 3. "525-ci qə­zet" + "Əda­lət". 4. Səma. 5. İctimai Televiziya.

B qrupu: 1. İdman Azərbaycan. 2. ATV. 3. Xəzər TV. 4. «Yeni Azərbaycan» qəzeti. 5. «Muğanbank».

Turnirin bütün matçları Bakı Dövlət Universitetinin idman Kompleksində keçiriləcək.
Turnir bu gün start götürəcək.

 


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın